Qadın futbolunun əfsanələrindən hesab edilən braziliyalı Marta həmkarı Toni Deion Pressli ilə eşq yaşamağa başlayıb. Toni də Marta ilə birlikdə ABŞ-ın "Orlando Pride" klubunda çıxış edir. 

Unikal.org xəbər verir ki, bu barədə Marta "Instagram" hesabında açıqlama verib. Pressli ilə fotosunu paylaşan braziliyalı əfsanəvi futbolçi "Bu birlikdə yaşadığımız hekayənin başqa bir bölümüdür" şərhini yazıb.

Qeyd edək ki, Marta 6 dəfə dünyanın ən yaxşdı qadın futbolçusu seçilib. O, 17 qolla qadınlar arasında dünya çempionatının ən çox qol vuran futbolçusudu. Futbolçu Braziliya millisində keçirdiyi 154 oyunda 108 qol vurub.

2017-ci ildən "Orlando Pride"də çıxış edən 34 yaşlı futbolçu əvvəllər Braziliyanın "Vasko da Qama", "Santa Kruz", "Santos", İsveçin "Umea", "Tiresö", "Rosenqard", ABŞ-ın "Los Anceles Sol", "Qold Pride" və "Vestern Nyu York "Flaş" klublarında çıxış edib. O, Braziliya, İsveç və ABŞ klublarının heyətində ümumilikdə 15 kubok qazanıb.