İngiltərənin “Arsenal” klubu müdafiəçi transfer edib.

Unikal.org xəbər verir ki, Premyer Liqa nəhəngi Almaniyanın “Herta” klubundan Omar Rekikini heyətə qatıb. London klubunun rəsmi saytı 19 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detallarını açıqlamayıb.

Qeyd edək ki, Tunis yığmasında oynayan Omar Rekik, indiyə qədər Marsel “Olimpik”i, PSV, “Mançester Siti” və “Feyenoord” kimi klubların akademiyalarında oynayıb.