Dünayaca məşhur aktyor Cim Kerri rəssamlıq istedadından Donald Trampı tənqid etmək üçün istifadə edib.  

Unikal.org xəbər verir ki, Kerri Tramp tərəfdarlarının Vaşinqtondakı Kapitoliyi işğal etməsindən sonra Trampı "qatil təlxək" olaraq karikaturasını çəkib. 

Daha sonra o, "Twitter"dən,  "Qatil təlxək ölməyə gəlmədi. O, həqiqəti öldürmək və cəhaləti silahlandırmaq üçün buradadır. Bu gün paytaxt binasının çirklənməsi Cümhuriyyətin laqeydliyi və yuxarıdan aşağı çəkişmənin məhsuludur. Korrupsiyalaşmış bir Prezident və Senatın xroniki simptomları indi tam qüvvədədir", -deyə tənqidi şərh bildirib.

Həmçinin  Cim Kerri yeni seçimilmiş prezident Co Baydenə,  "Bağışlayın, Co ... Bu təlxək sizi istər-istəməz müharibə prezidenti etdi",- deyə qeyd edib. 

Jim Carrey, Kongre Binası baskını sonrası Donald Trump'ı 'katil palyaço'olarak resmetti - 1