İsraillə Fələstin arasında yeni insident yaşanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 72 yaşlı fələstinli kişi Fələstin bayrağı ilə sərhəddə aksiya keçirməyə cəhd edib.

İsrail əsgərləri bunun qarşısını almağa çalışıb. Bu zaman aksiya keçirən yaşlı kişi müqavimət göstərməyə başlayıb. Nəticədə İsrail əsgərləri kişini yaralayıb. Reanimasiyaya yerləşdirilən Fələstin sakininin həyatını xilas etmək mümkün olub. Aksiyasının səbəbi ilə bağlı jurnalistlərə müsahibə verən fələstinli məqsədinin sadəcə etiraz etmək olduğunu söyləyib.