Türkiyə və Pakistan arasında ortaq serial çəkilişləri ilə bağlı işlər başlayıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə və Pakistanın birgə çəkəcəyi serialın adı da məlumdur. Serial "Türki Lala" adlanacaq. Artıq Türkiyədən yola çıxan yaradıcı heyət Pakistanın paytaxtı İslamabad şəhərinə çatıb. Hazırda işlərin ilk mərhələsi başladılıb.

Pakistanın baş naziri İmran Xan da yaradıcı heyəti qəbul edib. İmran Xan "Diriliş Ertuğrul", "Yunus Emre - Aşkın Yolculuğu" seriallarını təqdir edib və yeni çəkiləcək serialın da uğurlu alınmasını arzulayıb. Filmin Pakistan və Türkiyə ilə yanaşı, Hindistan və Banqladeşdə də reytinq cədvvəllərinə daxil ediləcəyi bildirilir.