İspaniyanın "Barselona" futbol klubunun yeni forması nümayiş etdirilib.

Unikal.org xəbər verir ki, katalonlar apreldə "Real Madrid"ə qarşı oyunda bu mövsüm 5-ci forması ilə oynayacaq.

Məlumata görə, bu forma yalnız həmin oyunda geyiniləcək.

Qeyd edək ki, "El-klassiko" kimi tanınan "Real Madird"-"Barselona" matçı aprelin 11-də baş tutacaq.