Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində yeni Aparat rəhbəri təyin olunub.

Unikal.org-un əldə etdiyi məlumata görə, AQTA sədri Qoşqar Təhməzlinin müvafiq əmri ilə, Elxan Mikayılov agentliyinin bu vəzifəyə  təyinat alıb. O, bu təyinata qədər AQTA sədrinin müşaviri vəzifəsində çalışıb. Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, bir müddət əvvəl agentliyin Aparat rəhbəri Zəkiyyə Mustafayeva qurumun sədr müavini vəzifəsinə təyinat almışdı.

Elvin Rüstəmov