Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, Qarabağ məsələsi əsas mövzulardan biri olub. Putin Ərdoğana 11 yanvar tarixində Moskvada keçirilmiş İlham Əliyev - Vladimir Putin - Nikol Paşinyan görüşü barədə məumat verib. Qarabağda Rusiya-Türkiyə kordinasiyası barədə danışılıb. Atəşkəsə nəzarət üçün birgə monitorinq mərkəzinin formalaşdırılması prosesi də da müzakirə mövzusu olub.

Tərəflər həmçinin birgə koronavirus vaksini istehsalı barədə fikir mübadiləsi aparıblar.