Məşhur "Netflix" şirkəti ilk dəfə Azərbaycanla bağlı film çəkib.

Unikal.org xəbər verir ki, İndoneziyada çəkilən film Nizami Gəncəvinin "Leyli və Məcnun" poeması əsasında ərsəyə gətirilib. Ekran işində aktrisa Aça Septriasa və aktyor Reza Rahadian rol alıblar.

Çəkilişləri Bakı və İndoneziyada aparılan filmdə Samir və Layla adlı iki gəncin sevgisindən bəhs edilib. Ekran işinin premyerası fevralın 11-də keçiriləcək.