Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində işğaldan azad olunan ərazilərə Prezident İlham Əliyevlə birlikdə səfərləri ilə bağlı növbəti paylaşım edib.

Unikal.org xəbər verir ki, videogörüntülərdə dövlət başçısı deyir:

“Şuşa şəhərinin dağıntıları. Bizim tarixi binalarımızı Ermənistanın hərbi siyasi rəhbərliyi və Qarbağda özləri üçün yuva salmış separatçılar törədiblər. Bütün bu dağıntıları onlar törədiblər. Qoy, bütün dünya görsün bizim mədəni, tarixi, dini irsimizi Ermənistan necə yox etmək istəyib”.