Böyük Britaniyada son sutka ərzində 55 761 nəfər koronavirus infeksiyasına yoluxub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə koronavirusa yoluxanların sayı 3 316 019 nəfərə çatıb.

Ötən 24 saatda daha 1280 pasiyent dünyasını dəyişib. Bununla da Britaniyada pandemiya qurbanlarının sayı 87 295-ə yüksəlib.