İranın İslam İnqilabı Keşikçiləri Korpusu Hind okeanında ballistik raketlərin hədəflərə zərbə endirilməsi üzrə sınağını keçirib.

Unikal.org “İnterfaks”a istinadən xəbər verir ki, İran hərbçiləri izah etdilər ki, atışlarda 1,8 min kilometr məsafədəki hədəflərə zərbə endirmiş müxtəlif növ raketlər tətbiq edilib.

"Bizim əsas döyüş tapşırıqlarımızdan biri təyyarədaşıyanlar da daxil olmaqla, düşmən gəmilərinə zərbə endirməyə qadir olmaqdır", - İranın İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı general Hüseyn Salami bildirib.