Yevlax şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Qənimət Qaraşov vəzifəsindən azad edilib.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, vəzifədən azad edilən məmurun yerinə hələ ki yeni təyinat yoxdur.

Qeyd edək ki, Q. Qaraşov on ilə yaxındır birinci müavin vəzifəsində çalışıb.