Qara dənizin Türkiyə hissəsində, Bartın vilayətinin İnkumu sahillərinə yaxın ərazidə batan Rusiya dövlət bayraqlı “Arvin” adlı quru yük gəmisinin ekipaj üzvlərindən 6 nəfər xilas edilib, dörd nəfərin cəsədi tapılıb.

Unikal.org  xəbər verir ki, Bartın limanındakı gəmilər və Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi heyəti axtarış-xilasetmə işlərini davam etdirir.

Türkiyə Milli Müdafiə Nazirliyi qəza hövzə rayonuna kömək üçün kater göndərib.

***14:43

Türkiyədə Rusiyanın yük gəmisi batıb.

Unikal.org xəbər verir ki, bu barədə Bartın vilayətinin valisi bildirib.

Vali Sinan Güner deyib ki, Qaradənizin Bartındakı İnkumu rayonu  sahilinə çatmaqda olan Rusiya bayraqlı yük gəmisinin batdığı aşkar olunub.

“Qara dənizdəki pis hava şəraiti və yüksək səviyyəyə qalxan dalğalar gəminin İnkumu sahilinə çatmasına imkan verməyib. Xilasetmə heyətlərimiz gəmidə çətin vəziyyətdə qalan 15 nəfərə yaxın insanın xilası üçün fəaliyyətə başlayıb” - deyə vali bildirib.