ABŞ-ın yeni prezidenti Cozef Bayden andiçmə mərasimindən sonra ilk səfərini Böyük Britaniyaya edə bilər.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Co Bayden Britaniyada keçiriləcək Böyük yeddiliyin (G7) sammitində iştirak edəcək.

Məlumata görə, əvvəllər “Brexit” haqqında mənfi danışan Bayden, Britaniya rəsmiləri ilə fikir ayrılıqlarını aradan qaldırmaq və ikitərəfli əməkdaşlığı gücləndirmək niyyətindədir.