Prezident seçkilərində məğlub olan Donald Tramp  Mayamiyə köçməyə hazırlaşır.

Unikal.org xəbər verir ki,T ramp ailəsinin Ağ Evdəki şəxsi əşyaları yük maşınlarına yüklənilib. 

Belə ki, Donald Tramp prezident oluncaya qədər ailəsi ilə birlikdə Nyu-York ştatında yaşayırdı. Tramp ailəsinin bütün əmlakları Nyu-Yorkda yerləşirdi. Prezident olduqdan sonra Tramp övladlarını da ölkə rəhbərliyinə daxil etdi. Və ailəlikcə 2017-ci ildə Ağ Evin yaxınlığına köçdülırə. Seçkiləri uduzduqdan sonra onların Nyu-Yorka dönmələri gözlənilirdi. 

Lakin Tramp və xanımı 30 milyon dollara Mayamidə əmlak sahibi olublar. Tezliklə Mayamiyə yerləşməyə hazırlaşan Tramp ailəsinin xüsusi əşyaları Ağ Evdən daşınmağa başlanılıb.