Rusiyanın Krasnogvardeyski bölgəsindəki beşmərtəbəli binada qətl hadisəsi barədə polisə məlumat daxil olub.

Unikal.org xəbər verir ki, təcili hadisə yerinə çağırılan polis qrupu, mənzildə bıçaq zərbələri olan kişi və  qadının cansız bədənini tapıb.

Hadisəni 17 yaşlı "TikTok" fenomeninin cinayəti törətdiyi bildirilib. Sərxoş olduğu iddia edilən gənc mübahisə zamanı əvvəl əmisini sonra isə anasını bıçaqlayaraq öldürüb.

Polis hadisə ilə əlaqədar istintaq başlatdı.