Ermənistanda koronavirusa daha 90 nəfər yoluxub.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, son sutkada 90 nəfərin bu virusa yoluxması ilə ümumi yoluxma sayı 164 676 nəfərə çatıb.

6 nəfərin ölməsi ilə COVID-19-dan ümumi ölüm sayı 2 998 nəfərə yüksəlib.