Hindistanda tibb işçisi koronavirus əleyhinə vaksinasiya prosesindən keçdikdən sonra vəfat edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın Uttar-Pradeş ştatının Moradabad şəhərində tibb işçisi vaksin olunduqdan sonra halı pisləşib. Həkim az sonra dünyasını dəyişib.

Ölümün rəsmi tibbi səbəbi kimi isə kardiogen şok göstərildiyi bildirilir.