Hacıqabulda qanunsuz ov edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, yanvarın 16-da Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində Şirvan şəhər sakinləri R.Babayev, S.Mehdiyev və A.Əhmədzadə qanunusuz ov etdikləri üçün Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

R.Babayevdən “Kral Arms”, A.Əhmədzadədən isə “Churchill” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Araşdırma aparılır.