"Qalatasaray"ı 2-0 məğlub etdikləri matçda komandasının ilk qolunu vuran "Beşiktaş" futbolçusu Josef de Souza həyat yoldaşına verdiyi sözü tutub. 

Unikal.org xəbər verir ki, futbolçu söz verdiyi kimi qələbədən sonra evinin həyətindəki buz bağlamış hovuza atlayıb. 

Matçdan əvvəl həyat yoldaşına "Qol vursam hovuza girərəm" demişdi.