BMT insan haqları üzrə ali komissarlığının müxaliflərin siyahısını Çin hakimiyyətinə ötürməsi ilə bağlı beynəlxalq skandal yaradacaq iddialar ortaya çıxıb.

Unikal.org xəbər verir ki, komissarlığın keçmiş əməkdaşı Emma Reilli Türkiyənin "Anadolu" agentliyinə BMT-də çalışdığı zaman gördüyü e-poçt yazışmalarını təqdim edib.

E.Reilli müsahibəsində BMT insan haqları üzrə ali komissarlığının Çin hakimiyyəti ilə bu mövzuda əməkdaşlıq etdiyini, hazırda da Çinə müxaliflər və mühacir fəallarla bağlı məlumatlar ötürdüyünü iddia edib. O qeyd edib ki, həmin insanların həyatı təhlükə altındadır. BMT-nin keçmiş əməkdaşı adı ötürülənlərin böyük hissəsinin uyğur fəalları olduğunu bildirib.

"BMT beynəlxalq cinayətkarlığa ortaq olub, məsuliyyət daşıyanlar cavab versin", - deyə E.Reilli söyləyib.