Tanınmış prodüser 73 yaşlı Bari Alibasovdan xəbər var.

Unikal.org  xəbər verir ki, bu dəfə o, oğlu ilə gündəmə gəlib. Belə ki, onun 36 yaşlı oğlu Bari Alibasovu qapalı yerdə saxlayır. Evi isə mühafizəçilər nəzarətdə saxlayır.

Telekanallardan birinin çəkiliş komandası barinin evinə yollanıb. Qapını açan olmayıb, prodüser isə telefonlara cavab vermir. Alibasovun keçmiş arvadı bildirib ki, onunla sonuncu telefon danışığında Bari gərgin olub. O bildirib ki, azadlığı əlindən alınıb. Oğlu və köməkçisi prodüser üçün cangüdənlər tutublar, onun evdən küçəyə çıxmasına, yaxınları ilə danışmasına imkan vermirlər.

Prodüserin piar-meneceri xəbərləri təsdiqləyib. O, oğlunun Alibasovu evdə zorla kilidlədiyini deyib.