ABŞ-ın fəaliyyətdə olan prezidenti Donald Trampa həsr olunmuş şar London muzeyində saxlanacaq.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, "Çağa Tramp" adlanan şar ilk dəfə Trampın 2018-ci ildə Londona səfəri zamanı etiraz aksiyalarında nümayiş olunmuşdu. Şar etiraz məqsədilə hazırlanıb.

Trampın vəzifəsi ilə vidalaşması ərəfəsində şarı hazırlayanlar tarix üçün "Çağa Tramp" şarını London muzeyinə təhvil vermək qərarına gəliblər.