Qərbi Kaspi Universiteti və ”Azərbaycan Sənaye Korporasiyası” ASC-nin birgə təşkilatçılığı ilə onlayn əmək yarmarkası keçirilib.

Unikal.org xəbər verir ki, Əmək yarmarkasında ”Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisələrinin nümayəndələrinin çıxışları dinlənilib, şirkətlərin fəaliyyəti və vakansiyaları barədə məlumatlar diqqətə çatdırılıb. 
Yarmarkada Qərbi Kaspi Universitetinin Tələbə və Məzunların Təcrübə və İnkişaf Mərkəzi tərəfindən qəbul edilən CV-lər müvafiq şirkətlərə yönəldiləcək.