İki gün öncə tərxis olunan əsgər dəm qazından boğularaq dünyasını dəyişib. 

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, 22 yaşlı Pənahlı Teymur Emil oğlu yanvarın 15-də xidmət etdiyi Laçın rayonundan tərxis edilib.

Ötən gün isə Hövsan qəsəbəsindəki evində çimərkən dəm qazından boğulub.

T.Pənahlı bu gün Hövsan qəsəbəsində dəfn edilib.