Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis Baş leytenantı Azər Məmmədov  Nəsimi RPİ 20-ci Polis Bölməsinin rəis müavini təyin edilib. 

Qeyd edək ki, bir müddət öncə Nəsimi RPİ 20-ci Polis Bölməsinin rəis müavini, polis mayoru Elnur Əzizov vəzifəsindən azad edilərək Biləsuvar Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Famil Fərhadoğlu