Ermənistanın Sünik vilayətində (Zəngəzur əraziləri) partlayış baş verib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, partlayış hadisəsi vilayətin Mehri şəhərində olub. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Partlayışın hansı səbəbdən baş verdiyinin məlum olmadığı bildirilib.