Şirvan Şəhər Polis Şəhər əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş C. Haqverdiyev saxlanılıb.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 465 qram marixuana aşkar edilərək götürülüb.

Bundan başqa İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Göytəpə kənd sakini N. Baratovun yaşadığı evə baxış zamanı oradan 415 qram marixuana aşkar edilərək götürülüb.