İraqda növbədənkənar parlament seçkilərinin tarixi açıqlanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İraq baş naziri Mustafa Əl-Kazımi bu barədə məlumat verib. Erkən parlament seçkilərinin 10 oktyabr 2021-ci il tarixində keçiriləcəyi bildirilib.

Bundan öncə 6 iyun tarixi açıqlansa da, seçkilərin ertələndiyi məlum olub. Ertələnmənin səbəbləri məlum deyil. Qeyri-rəsmi mənbələr İranmeyilli siyasi qüvvələrin erkən seçkilərin keçirilməsindən narahat olduğu və seçkilərin ertələnməsi üçün hakimiyyətə təzyiq göstərdiyini iddia edir.