İstanbul Beynəlxalq Hava Limanı ən yüklü (ən çox sərnişin qəbul edən) hava limanı olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ikinci yerdə Parisin “Şarl de Qoll”, üçüncü yerdə isə Londonun “Hitrou” hava limanı qərarlaşıb. Amsterdamın “Sxipxol” və Moskvanın “Şeremetyevo” hava limanı ilk beşlikdə yer alıb.

Məlumata görə, 2020-ci ildə “Hitrou” hava limanının sərnişin dövriyyəsi 73 faiz azaldığı üçün birinci yerdən üçüncü yerə enib. 2019-cu ildə bu aeroportun xidmətlərindən təxminən 81 milyon insan faydalanıbsa, ötən il bu rəqəm 22,1 milyon olub.