ABŞ rəsmiləri Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda (XUAR) uyğurlara qarşı siyasətini “soyqırımı” və “insanlığa qarşı cinayətlər” hesab edir.

Unikal.org TASS-a istinadən xəbər verir ki, ABŞ dövlət katibi Mayk Pompeo belə bir açıqlama ilə çıxış edib.

“Mövcud faktları diqqətlə araşdırdıqdan sonra nəticəyə gəldim ki, azı 2017-ci ilin martından etibarən ÇXR Sintszyanda insanlığa qarşı cinayətlər törədib. Bundan başqa, ÇXR-in orada soyqırımı həyata keçirdiyi qənaətinə gəldim”, - deyə Pompeo öz açıqlamasında bildirib.