"2019-cu ildə Azərbaycanda fəaliyyətimə başlayanda ilk ziyarətim Şəhidlər Xiyabanına oldu. Bu şəkil də məhz o zaman çəkilib".

Unikal.org xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarpın "Twitter" səhifəsindəki paylaşımında qeyd edilir.

"Britaniya səfirliyinin əməkdaşları ilə birlikdə Azərbaycanın müstəqilliyinin nişanəsi olan 20 yanvar şəhidlərinin xatirəsini hörmətlə anırıq", - deyə səfir bildirib.