"Satqınlar işə davam edərsə, Ermənistanda fəlakət qaçılmaz olacaq".

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Ermənistanda tanınmış ictimai xadim olan Artak Tovmasyan səsləndirib. Tovmasyan baş nazir Nikol Paşinyanı və onun komandasını sərt tənqid edib.

"Ayılmasaq, daxili siyasi böhran kök atmağa davam edəcəkdir. Dövlət başçısı, təslim müqaviləsinin imzalanmasının birbaşa iştirakçısı olmaqla, artıq hər hansı bir tələb irəli sürmək iqtidarında deyil. Satqın hakimiyyət vəzifə başında qalmağa davam edir. Əgər belə olacaqsa, satqınlar işə davam edərsə, Ermənistanda fəlakət qaçılmaz olacaq. İqtisadi fəlakət mütləq olacaq" - deyə Tovmasyan bəyan edib.