Türkiyədə koronavirusa qarşı vaksinasiya olunan şəxslərin sayı 1 milyon nəfəri ötüb.

Unikal.org-un verdiyi məlumata görə, ölkədə vaksinasiya artıq 7-ci gündür (yanvarın 14-dən) davam edir.

Məlumata əsasən, ilk növbədə Çin istehsalı olan CoronVac vaksinini ilə tibb işçiləri vaksinasiya olunub.

Qeyd edək ki, Türkiyəyə vaksinlərin birinci partiyası (3 milyon doza) dekabrın 30-da gəlib.