Ermənistanda son sutka ərzində daha 307 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org  xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 165 528 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 5 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3021-ə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 742 nəfərdir. Aktiv xəstələrin sayı 7 719 nəfər təşkil edir.