İşsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən şəxslərə birdəfəlik ödəmə (190 manat) vəsaitlərinin yenidən verilib-verilməyəcəyi ilə bağlı məsələ geniş müzakirə olunur.

Unikal.org xəbər verir ki, sosial şəbəkələrdə müzakirələr zamanı birdəfəlik yardımın yanvar ayı üçün ödəniləcəyi ilə bağlı məsələ daha çox insanları maraqlandırır.

Qeyd edək ki, ötən il dekabrın 30-da ƏƏSMN tərəfindən ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə bağlı işsiz və karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara cari ilin yaşayış minimumu həcmində birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsi başa çatdırılıb.

2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmişdi. Bu müddət bir ayı əhatə etdiyi üçün 190 manat birdəfəlik yardım da həmin tarixi əhatə edir.