ABŞ-da Baydenin andiçmə  mərasiminə qatılmayan Donald Tramp və həyat yoldaşı Melaniya Tramp son dəfə prezident təyyarəsi olan "Air Force One" ilə yolculuq ediblər. 

Unikal.org xəbər verir ki,  Florida ştatında eniş edən təyyarədən düşən Tramp ailəsi jurnalistlərin obyektinə tuş gəlib.    

Belə ki, Melaniya Trampın 3 min 700 dollarlıq narıncı paltarı diqqət çəkib.  ABŞ mediası Floridadakı bu dəyişikliyi Melaniya Trampın Ağ Evdən ayrılmadan əvvəl geyindiyi qara paltara "müxalifət" olaraq şərh edib.