Qərbi Kaspi Universiteti Təhsil Nazirliyinin dəstəyi ilə Tarix müəllimlərinin onlayn forumunu təşkil edir.

Unikal.org xəbər verir ki, 23 və 24 Yanvar 2021-ci il saat 11:00-da başlayacaq Forumun keçirilməsində əsas məqsəd orta və ali məktəblər arasında inteqrasiya yaratmaq, tarixin tədrisi prosesində yeni metodları (xüsusilə STEM), tarixin tədqiqi və tədrisində qeyri-humanitar fənlərin tətbiqini, eləcə də orta məktəb şagirdlərində vətənpərvərlik vərdişlərinin formalaşdırılmasında tarixin rolunu qiymətləndirməkdir. Bundan əlavə, Azərbaycan tarixi ilə bağlı əldə edilmiş yeni elmi nailiyyətlər, tarixi reallıqların rekonstruksiyası və s. məsələlər də müzakirə olunacaq.

Tarix müəllimlərinin onlayn forumunda Respublika üzrə 400-dən çox orta məktəb müəlliminin iştirakı gözlənilir.

Forumda iştirak etmək üçün [email protected] elektron poçt ünvanına iştirakçının ad,soyad, ata adı və işlədiyi orta məktəbin adını yazıb, göndərməsi tələb olunur.

Əlavə məlumat üçün əlaqə nömrəsi: +99451 475 90 80 (Urfan Muradlı)

Qoşulmaq üçün link:

Join conversation