İtaliyanın Sorrento limanında ölü balina tapılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, balinanın 70 ton ağırlığında, 23,5 metr uzunluğunda olduğu bildirilib. Balinanın özünü sahilə vurduğu bəlli olub.

Ölü balina sahil-mühafizə xidməti tərəfindən aşkar edilib. Su canlısı Neapol şəhərinə aparılaraq elmi komissiya tərəfindən yoxlanılacaq. Yalnız bundan sonra balinanın dəqiq ölüm səbəbi və niyə özünü sahilə vurması müəyyən ediləcək.