Türkiyədə 96 yaşlı ahıl koronavirusa qalib gəlməyi bacarıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Aydın' şəhərinin sakini olan yaşlı kişi Sabri Akbaşın COVID-19 testi pozitiv nəticə verib. S.Akbaş müalicə olunmaq üçün xəstəxanaya yerləşdirilib.

Halsızlıq, baş ağrısı, boğaz qıcıqlanması kimi şikayətləri olan 96 yaşlı kişi 12 gün tibbi xidmət gördükdən sonra sağalıb və evə buraxılıb. Özünü hazırda çox xoşbəxt hiss etdiyini söyləyib.

"Hər kəs evində qalıb özünə baxsın. Çox şükür ki, həyat yoldaşıma virusu keçirməmişəm. Allah tibb işçilərindən, həkimlərdən razı olsun. Onlardan çox razıyam", - deyə ahıl duyğularını ifadə edib.