"Lancet Planetary Health" jurnalında yayımlanan araşdırmaya görə, Avropa ölkələrində havanın çirklənmə səviyyəsinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi səviyyələrlə məhdudlaşdırılmasının hər il qitədə 50.000-dən çox ölümün qarşısını ala biləcəyini ortaya qoyub.  

Unikal.org xəbər verir ki, ÜST, havanın çirklənməsi səbəbindən hər il 7 milyondan çox insanın öldüyünü və bunun dünya miqyasında xəstəliklərin və əməyin azalmasının əsas səbəblərindən biri olduğunu açıqlayıb. 

Xüsusilə yüksək enerji istifadəsi ilə şəhərlər havanın çirklənməsinə şərait yaradır. Bu da həmçinin müxtəlif xəstəliklərin qaynar nöqtəsidir. ÜST, insan sağlamlığına vurduğu ziyanı minimuma endirmək üçün tənəffüs edilən havadakı incə hissəciklərin (PM2.5) illik bir kubmetr havaya 10 mikroqramdan çox olmamasını tövsiyə edir.