Azərbaycanda 2020-ci il ərzində "ƏDV geri al" layihəsi çərçivəsində vətəndaşlara 33,4 mln. manat vəsait qaytarılıb.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazirin sözlərinə görə, ilin innovasiya layihəsi nominasiyasının qalibi seçilən "ƏDV geri al" həm vətəndaşlar, həm də biznes ictimaiyyəti tərəfindən 2020-ci ilin ən uğurlu layihələrindən biri kimi qiymətləndirilir.

Qeyd edək ki, əlavə dəyər vergisinin qaytarılması üçün yaradılan informasiya sistemi bir sıra bankların elektron bankçılıq həllərinə inteqrasiya olunacaq.

Xatırladaq ki, ötən ilin may ayından etibarən pərakəndə ticarət və ya iaşə obyektlərindən alınan mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması məqsədilə yaradılan xüsusi portal vətəndaşların istifadəsinə verilib.