Türkiyədə onlayn alış-veriş səhifəsi məşhurların pul qarşılığında vətəndaşlara video mesaj göndərməsi üçün yeni platforma yaradıb.

Unikal.org xəbər verir ki, səhifədə Ahmet Çakar, Yunus Günçe, Abdülkerim Durmaz, Serdar Ortaç, Evrim Keklik, Eray Aksunqur, Nuri Alço, İsmayıl Baki Tuncer, Okan Karacan, Elif Gören, Burak Akkul kimi bir çox tanınmışlar yer alıb.

Qiymətlər isə 95 TL ilə 708 TL arasında dəyişir.

Platforma sosial şəbəkədə də geniş müzakirələrə səbəb olub. İzləyicilər həmin məşhurları lağa qoyub.