Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2011-ci il 12 iyul tarixli 112 nömrəli qərarında dəyişiklik edilib.

Unikal.org xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərarda edilən dəyişikliyə əsasən, “Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”na aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilib:

“2-1. İşçiyə onun hər bir ailə üzvünə görə bu Qaydanın 2-ci hissəsində göstərilən müvafiq kompensasiyaların 50 faizi məbləğində əlavə pul kompensasiyası ödənilir.”.

3. 3.2-ci bəndə “ərazidə onun” sözlərindən sonra “və yetkinlik yaşına çatmış ailə üzvlərinin” sözləri əlavə edilsin.

“3.5. prokurorluq işçisinin ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin, 16 yaşına çatmamış uşaqlarının doğum haqqında şəhadətnamələrinin və ailə üzvlərinə aid olması barədə digər sənədlərin notariat qaydasında təsdiq edilmiş surəti.”.

Daha bir əlavəyə görə, prokurorluq işçisinin ailə tərkibində dəyişiklik baş verdikdə o, bu barədə rəhbərliyə məruzə etməli və pul kompensasiyasının verilməsi ilə bağlı müvafiq sənədləri təqdim etməlidir.