Şəmkir rayonunda qətl hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qədim Qala kəndində törədilib. Kənd sakini, 1985-ci il təvəllüdlü Əliyev Bəxtiyar Adil oğlu odlu silahla qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Məlumata görə, Bəxtiyar Əliyevi yaxın qohumu Vasif Aslanov (dayısı oğlu) qətlə yetirib.

Qeyd edək ki, mərhum bölgədə fəaliyyət göstərən qəzetlərdən birinin redaktoru olub.