Goranboyda ağır yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, hadisə Goran-Qızılhacılı avtomobil yolunda qeydə alınıb.

"BMW" və "VAZ 21011" markalı maşınlar toqquşub. Nəticədə müxtəlif bədən xəsarətləri alan 3 yaralı xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, qəzada avtomobillərdən biri hərəkətsiz vəziyyətdə olub.

Faktla bağlı araşdırma aparılır.