Türkiyədə İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Samsun şəhərində eyni vaxtda 13 fərqli ünvanda əməliyyat tədbirləri həyata keçirilib. Əməliyyat çərçivəsində İŞİD-lə əlaqədə şübhəli bilinən 14 nəfər saxlanılıb.

Saxlanılanların hamısı əcnəbi vətəndaşlardır. Onlardan 4-ü Suriyanın, 10-u İraqın ərəb əsilli vətəndaşlarıdır. Şübhəlilərin yaşadığı ünvanlarda keçirilən əməliyyat-axtarış tədbirləri zamanı xeyli rəqəmsal material da götürülərək araşdırmalara cəlb edilib. Hazırda saxlanılanlarla bağlı təhqiqatlar davam edir.