Türkiyənin İstanbul şəhərində PKK terror təşkilatına qarşı əməliyyat keçirilib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, əməliyyatı Türkiyə Baş Prokurorluğu həyata keçirib. Əməliyyat çərçivəsində PKK terror təşkilatının 7 üzvü saxlanılıb.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir və digər şübhəli şəxslərin saxlanılması istiqamətində operativ addımlar atılır. Hazırda saxlanılmış şəxslər haqqında araşdırmalar aparılır.