İran dövlət televiziyasında yayımlanan "Zaviye" proqramında qonaq olan İslam Kültürü və Düşüncə İnstitutu Siyasi Elmlər Bölməsinin müdiri Əhməd Cihan Bozorgi, Prezident Ruhaninin "narkotik istifadəçisi" olduğuna işarə edib.  

Unikal.org xəbər verir ki, mühafizəkar kimliyi ilə tanınan Bozorgi, proqramda Prezident Ruhaninin ölkənin problemlərinə laqeyd olduğunu iddia edərək, "Evində yaşayan məmur bəlkə sobanın yanında oturur (İranda narkotik istifadəçilərinə aid bir ifadə). Ölkədə baş verənlərə başını çevirmir və kabinetindəki nazirləri ona zəng edib problemlərdən danışa bilmirlər. Bu adam ölkənin rəsmi şəxsidir? ", - deyə ibildirib.  

Lakin Bozorginin bu çıxışı cavabsız qalmayıb.  Bəzi media orqanları onun sözlərinə tənqidi reaksiya veriblər.   

İran Radio və Televiziya Korporasiyasının (IRIB) Müşahidə Şurasındakı icra hakimiyyətinin nümayəndələri sözügedən verilişdə böhtana qarşı qanuni iddia qaldırıblar.